Türkiyədə banklararası təcili köçürmə sistemində problem yaranıb



 12:59 15.01.2024     302

Türkiyədə həftənin ilk ticarət günündə banklararası təcili köçürmə (FAST) sistemində problem yaranıb.

Demedia.az xəbər verir ki, vətəndaşlar sosial media hesablarında məsələ barədə yazıblar. Onlar bildiriblər ki, “Vəsaitlərin Ani və Davamlı Köçürməsi” mənasını verən “FAST” sistemi ilə pul göndərilməsində problem yaranıb. Məlumata görə, FAST ilə pul köçürməyə cəhd edənlər xəbərdarlıq alıb: “FAST sistemindəki işlərlə əlaqədar FAST ilə pul köçürmələri müvəqqəti həyata keçirilə bilməz” - deyə bildirilib.

Hələlik banklardan rəsmi açıqlama verilməyib.

Bahadur Seyidov