İsrail ordusu qismən geri çəkildiyi əraziləri bombalayıb



 14:48 15.01.2024     291

İsrail ordusu qismən geri çəkildiyi Qəzza zolağının mərkəzi hissələrindəki Deyr əl-Belah şəhərini bombalayıb.

Demedia.az xəbər verir ki, İsrail ordusunun hücumu nəticəsində çox sayda insan həlak olub. Bildirilib ki, İsrail hərbi birləşmələrinin bölgədən çıxarılması ilə eyni vaxtda şəhərin cənubundakı Zeytun rayonu və Cuhru ed-Dik qəsəbəsi güclü artilleriya atəşinə məruz qalıb. Həmçinin Büreyc Qaçqın Düşərgəsinin şərq hissəsində İsrail əsgərləri ilə Fələstinin müqavimət qrupları arasında toqquşmaların olduğu vurğulanıb.

Məlumata görə, İsrail qüvvələri geri çəkildikləri ərazini xarabalığa çeviriblər.

Bahadur Seyidov