Azərbaycanda Peyğəmbər sünnəti ilə doğulan uşaqlar - Səbəbi görün nədir - Video



 12:29 15.01.2024     526

Hipospadiya nədir? (Peyğəmbər sünnəti) Hipospadiya sidik kanalının anatomik quruluşunun anadangəlmə inkişaf qüsurudur.

Bu xəstəlik eyni zamanda el arasında Peyğəmbər sünnəti adı ilə də tanınır. Bu zaman sidik kanalının xarici dəliyi normal yerində – cinsiyyət üzvünün başında deyil, cinsiyyət üzvünün ön səthində, xayalıq yaxud aralıq nahiyəsində xaricə açılır. Hipospadiyanın əlamətləri: Sidik ifrazının pozulması; Sidik ifrazı zamanı sidiyin normal olmayan yerdən orqanın altından axması; Sidik ifrazının tezləşməsi (tez-tez sidiyə getmə) ; Cinsiyyət üzvündə əyriliyin olması.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az