Ayaq baş barmağı çıxıntısını 5 asan üsulla sağaldın - Video



 12:37 15.01.2024     500

Ayaq baş barmağında əyrilik... Bu gün əksər qadının yaşadığı problemlərdən biridir. Çox vaxt podaqra ilə bu səhv salınıb, yalnış müalicələr aparılır. Əslində isə bu problemin çox asan təyin edilmə və müalicə üsulları var.

Halluks varqusun qadınlarda daha çox olma səbəbi geyilən dar və hündürdaban ayaqqabılardır. Lakin problem təkcə ayaqqabı deyil. Fiziki aktiv olan qadınlarda da bu problem çox görülür. Podaqra ilə fərqi ondadır ki, podaqra ağrıları oturaq olan zamanlarda da tutur, lakin Halluks varqusda fiziki aktivliyə uyğun olaraq ağrılar artıb, azala bilir. Podaqra xəstəliyi revmatoloji bir problemdir. Onun həkim tərəfindən təyini qan analizi ilə müəyyən edilir. Qanda sidik turşusu çoxdursa, diaqnoz podaqra olur. Halluks varqusda isə rentgen şəkli xəstəlik təyin edilir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az