Bundan hər gün 1 qaşıq yeyin - Yenidən dünyaya gələcəksiz - Video
Ondan hər gecə yatmazdan əvvəl bir çay qaşığı qatığa, südə, yaxud suya qatıb için. Qəbizlik, ürək-damar problemləri, vitamin çatışmazlığı və bunun kimi sayacağım onlarla problem çox qısa müddətdə yoxa çıxacaq.
Haqqında danışdığım məhsul Çia toxumlarıdır. Bu kiçik, qara və ağ toxumlar “Salvia hispanica” bitkisinin kiçik toxumlarıdır. Qədim zamanlardan etibarən Orta və Cənubi Amerikada istifadə edilirdi. Çia toxumu xüsusilə Omega-3 yağ turşuları, lif, protein, vitamin və minerallarla zəngindir. Onların ən mühüm xüsusiyyətlərindən biri su ilə təmasda şişmə və jel kimi bir qat qurma qabiliyyətidir. Bu xüsusiyyət onları müxtəlif qidalarda, xüsusən də sağlam qidalanma planlarında istifadə etməyi asanlaşdırır. Insana toxluq hissi verməklə yanaşı, bağırsaqların işinə də kömək edir.
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az