Şəkər xəstəliyi olan xanımlar mütləq izləsin! - Video



 15:59 15.01.2024     434

Şəkərli diabet fonunda hamiləlik ananın və dölün sağlamlığı üçün risklidir.

Qan şəkərinin yüksəkliyi ilə qeydə alınan diabet xəstəliyi, bütün dünyada sürətlə artmaqdadır. İnkişaf etmiş ölkələrdə artım daha çoxdur. İrsi meyillilik, yüksək kalorili və yağlı qidalanma, artıq çəki və hərəkətsiz həyat tərzi xəstəliyin başlıca səbəblərindəndir. Diabet xəstəliyin tipinə və xəstənin şəkər səviyyəsinə görə yalnız idman və pəhrizlə normada saxlana bilər. Eyni zamanda burada insulin müalicəsi də lazım ola bilər.

Şəkərli diabetlə xəstə ana üçün risk faktorları

  • Damar ağırlaşmalarının proqresləşməsi (retinopatiya,nefropatiya,ÜIX);
  • • Hipoqlikemiyanın,ketoasidozun tezləşmiş inkişafı
  • • Hamiləliyin tezləşmiş ağırlaşmalari(gecikmiş hestoz, infeksiyalar, döldə mayenin çoxluğu

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az