NASA-nın Aya göndərəcəyi texnikası...
Intuitive Machines bu ilin sonunda Aya yeni NASA roverini endirəcək.
Demedia.az xəbər verir ki, IM-2 və ya PRIME-1 adlanan missiyanın məqsədi Aya eniş, qazma və kütlə spektrometrini sınaqdan keçirmək müəyyən edilib. Kütləvi spektrometr maddənin içindəki materialları təyin edən elmi vasitədir.
Bundan əlavə, NASA-nın Lunar Trailblazer kosmik gəmisi də bu uçuşda iştirak edəcək. Kiçik peyk Ayın ətrafında fırlanacaq və suyun səthində olduğu düşünülən yerlərin xəritəsini çəkəcək. Missiyanın Kanaveral burnundan SpaceX Falcon 9 raketi ilə buraxılması gözlənilir.
Aysun / Demedia.az