Yaponiyada alov topuna bənzər meteorit göründü



 22:36 15.01.2024     669

Yaponiyada alov topuna bənzər meteorit görünüb.

Demedia.az xəbər verir ki, meteorit sosial mediada diqqət mərkəzinə düşüb. Yaponiyanın paytaxtı Tokionun Kanto bölgəsinin müxtəlif yerlərindən görünən meteorit sosial mediada diqqət mərkəzinə düşüb. Yerli vaxtla saat 06.55-də müşahidə edilən alov topuna bənzər meteoritin görüntüləri hərəkətdə olan avtomobillərin kameralarına, evlərin və iş yerlərinin təhlükəsizlik kameralarına əks olunub.

Görüntüləri çox adam tərəfindən paylaşılan təbiət hadisəsinin harada və nə vaxt müşahidə ediləcəyinin bilinməməsinin qeyri-mümkün olduğunu bildirən mütəxəssislər meteoriti görənlərin şanslı olduğunu bildiriblər.

Aysun / Demedia.az