Narahat olmağa ehtiyac yoxdur - "Qalatasaray"a göndərmə etdilər
Superliqanın 20-ci həftəsində “Qalatasaray” öz meydanında “Kayserispor”u 2:1 hesabı ilə məğlub edib.
Demedia.az xəbər verir ki, hər iki tərəf hakim Atilla Karaoğlanın qərarlarına reaksiya verərkən "Kayserispor" sərt danışıb.
"Kayserispor"un paylaşımında "Qalatasaray"ın futbolçusu Mertensin hakim Atilla Karaoğlanı qucaqlayan fotosundan istifadə olunub. Yazıda “Narahat olmağa ehtiyac yoxdur” deyilib.
Aysun / Demedia.az