Husilər ABŞ və İngiltərəni təhdid etdi



 11:00 16.01.2024     235

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizin çıxışında Ədən körfəzində qanadlı raketlərlə ABŞ gəmisini hədəfə almaqla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Demedia.az xəbər verir ki, husilərin sözçüsü Yəhya Seri verdiyi açıqlamada gəmi hücumunun ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab olduğunu bildirib.

Mümkün yeni hücumun cavabsız və cəzasız qalmayacağını vurğulayan Seri vurğulayıb ki, ABŞ-ın Marşal Adaları bayraqlı yük gəmisi Ədən körfəzi yaxınlığında raketlə vurulub. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada husilərin həyata keçirdiyi hücumda yük gəmisinin raketlə vurulduğu təsdiqlənib və gəminin sahibinin "Cəbəllütariq Qartalı" olduğu bildirilib. ABŞ-da yerləşən Eagle Bulk Shipping şirkətinə məxsusdur. Husilər tərəfindən vurulan gəmi ilə bağlı açıqlama da verilib.

Aysun / Demedia.az