Braziliyada sel fəlakəti



 11:48 16.01.2024     273

Braziliyanın Rio-de-Janeyro şəhərində yağan yağışların səbəb olduğu sel səbəbiylə 11 nəfər həyatını itirib.

Demedia.az xəbər verir ki, sel nəticəsində metro stansiyaları, mağazalar və evlər su altında qalıb, ağaclar aşıb. Bəzi ərazilərdə sürüşmə baş verib. Rio-de-Janeyro meri Eduardo Paes şəhərdə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.

Braziliya hökuməti bölgəyə federal dəstək göndərilməsi təklifi ilə çıxış etdiyini açıqlayıb.

Bahadur Seyidov