Hindistanda pilot sərnişinin hücumuna məruz qalıb



 12:14 16.01.2024     296

Hindistan hava yolu şirkəti “İndiGo”nun pilotu hücuma məruz qalıb.

Demedia.az xəbər verir ki, sərnişin qatı duman səbəbiylə uçuşun gecikəcəyini açıqlayan pilota hücum edib. Hindistan mətbuatında yer alan xəbərə görə, Delhi-Qoa hava limanında pilot qatı duman səbəbindən uçuşun təxirə salınacağını elan edəndən sonra sərnişin ona yaxınlaşaraq güc tətbiq edib. Təyyarədə digər stüardessalar tərəfindən zərərsizləşdirilən şəxs nəzarətə götürülüb.

Pilot aqressiv sərnişinlə bağlı şikayət edib. Araşdırmalar davam edir. Uçuş 13 saat gecikib.

Bahadur Seyidov