İndoneziyada vulkan püskürmələri səbəbindən 6500 insan təxliyə edilib



 12:28 16.01.2024     303

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanında davam edən püskürmələr səbəbindən təxminən 6500 insan təxliyə edilib.

Demedia.az xəbər verir ki, yerli dairələr aktiv olan Levotobi Laki-Laki vulkanının 40 dəfə püskürdüyünü açıqlayıb. Flores adasında 6500 insanın təxliyə edildiyini qeyd edən yerli dairələr, insanları vulkanın ətrafındakı 4 kilometrlik ərazidən uzaq durmağa çağırıb. Rəsmilər tələfat və dağıntının olmadığını bildiriblər. Təxliyə qərarı İndoneziyanın şərqindəki Flores adasındakı dağlarda həftələrlə davam edən vulkanik fəaliyyətdən sonra verilib.

Vulkanın püskürməsindən sonra yüksək səviyyəli həyəcan siqnalı verilib.

Bahadur Seyidov