ABŞ husilərin atdığı raketi zərərsizləşdirdi



 12:45 16.01.2024     272

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarətində olan bölgədən atılan gəmi əleyhinə qanadlı raketi vurduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, açıqlamada deyilir ki, raket Yəmənin Hudeydə şəhəri sahilləri yaxınlığında ABŞ-ın döyüş təyyarələri tərəfindən vurulub. Hadisə nəticəsində xəsarət alan və dağıntı olmadığı qeyd edilib. Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə husilərin ticarət gəmilərinə qarşı hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki işlərini dayandırmaq qərarına gəlib. Bundan sonra ABŞ-ın Müdafiə Nazirliyi Yəməndəki husi qüvvələrinin qarşı atılacaq həmlələri nəzərdən keçirib.

ABŞ və Böyük Britaniya husilərin mövqelərinə hava zərbələri endirib.

Bahadur Seyidov