NATO və Rusiya arasında “gizli plan” var



 14:12 16.01.2024     306

Almaniya Müdafiə Nazirliyi NATO ilə Rusiya arasında hərbi toqquşma zamanı “gizli plan”ın olması ilə bağlı xəbərləri nə təsdiq, nə də təkzib edib.

Demedia.az xəbər verir ki,  Nazirlik “Bild” qəzetinin bu iddialarına belə  cavab verib:

“Bundan asılı olmayaraq, biz əlbəttə ki, təhlükəsizlik siyasəti sahəsində mövcud çağırışları öyrənirik. Buraya Rusiyadan gələn təhlükə də daxildir. Bu təhlil, məsələn, məşqlərdə və ya planlaşdırmada əks olunur. Biz bu təhlükəni ciddi qəbul edirik", - Almaniya Müdafiə Nazirliyinin sözçüsü əlavə edib.

“Bild” daha əvvəl Almaniya Müdafiə Nazirliyi tərəfindən NATO-nun şərq cinahına “Rusiyanın hibrid hücumu”nun gələcək üçün hipotetik ssenarilərdən biri kimi nəzərdən keçirildiyini iddia edən bir yazı dərc edib.

Bahadur Seyidov