Davos sammiti başlayır -  Bu şəxslər foruma getmir



 15:24 16.01.2024     277

“Bloomberg”yazır ki, Ərdoğan Türkiyə rəsmilərindən təşkilatçıların Yaxın Şərqlə bağlı mövqeyinə görə Davos sammitində iştirak etməməyi xahiş edib.

Demedia.az xəbər verir ki, qərb mətbuatının yazdığına görə, ümumiyyətlə, forum tədbirləri o qədər də məhsuldar deyil. Məsələn, “Financial Times” iştirakçıların birgə fotosunu Davosda Ukrayna ilə bağlı görüşün əsas nailiyyəti adlandırıb.

“Politico” yazır ki, ABŞ Çin nümayəndə heyəti ilə müqayisədə Davos forumunda təvazökar iştirakından narahatdır.

 Vaşinqtonu İsveçrədə dövlət katibi Blinken təmsil edəcək, Pekin isə Foruma Dövlət Şurasının Baş naziri Li Qianqın rəhbərlik etdiyi onlarla nazir səviyyəli rəsmi göndərəcək.

ABŞ Dövlət katibi Antoni Blinkenin Tayvanda keçirilən seçkilərdən sonra yaranan gərginliyə görə onlarla görüşmək fikri yoxdur.

Bahadur Seyidov