Nazirlik hava əməliyyatının görüntülərini paylaşdı



 13:55 16.01.2024     202

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) dünən İraq və Suriyanın şimalında terror hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatının görüntülərini paylaşıb.

Demedia.az xəbər verir ki, Nazirliyin sosial media hesabında edilən paylaşımda qeyd olunub:

“Dünən terrorçuların hədəfləri İraqın şimalındakı Metina, Qara, Hakurk və Qəndil bölgələrində, Suriyanın şimalında isə terrorçuların hədəflərinə hücum edilib. Gecə saatlarında həyata keçirilən hava əməliyyatlarında terror yuvaları belə məhv edilib. 

Hava əməliyyatlarında 23 hədəf məhv edilib. Çoxlu sayda terrorçu zərərsizləşdirilib".

Aysun / Demedia.az