"Roma" Joze Mourinyonu istefaya göndərdi



 14:35 16.01.2024     254

İtaliya nəhəngi "Roma"da Joze Mourinyo erası rəsmən başa çatıb. Klubdan verilən açıqlamada portuqaliyalı məşqçinin müqaviləsinə xitam verildiyi bildirilib.

Demedia.az xəbər verir ki, Roma tərəfindən edilən şərhdə qeyd eolunub:

"Joseyə Romaya gəlişindən bu yana göstərdiyi ehtiras və bağlılığa görə təşəkkür edirik. Bununla belə, təcili bir dəyişiklik olduğuna inanırıq. Klubun maraqları üçün lazımdır. Ümid edirik ki, Joze və komandası gələcək üçün işləməyə davam edəcəklər. Ən xoş arzularımızı bildiririk.

Joze Mourinyo Romaya 2022-ci ildə UEFA Avropa Konfrans Liqasında kuboku qazanmağa kömək edib. Portuqaliyalı çalışdırıcı 2021-ci ildən çalışdırdığı İtaliya yığmasında 138 oyun keçirib və orta hesabla 1,70 xal qazanıb. “Roma” bu mövsüm keçirdiyi 20 oyunda 7 məğlubiyyət və 5 heç-heçə ilə 9-cu pillədə qərarlaşıb.

Aysun / Demedia.az