Bu pullar atamızın deyil, millətin puludur - Nazir



 15:05 16.01.2024     455

Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək dövlət sektorunda qənaət tədbirlərinə ciddi şəkildə əməl etməyi istəyib.

Demedia.az xəbər verir ki, qənaət tədbirlərinin valilər üçün çox əhəmiyyətli olduğunu vurğulayan nazir Şimşək deyib:

"Hamınız qənaət tədbirlərinə əməl etmək məcburiyyətindəsiniz. Bu sahədə nəqliyyat vasitələrinin istifadəsindən tutmuş tanıtım xərclərinə qədər həssaslıq lazımdır. Büdcəyə tam uyğun edəcəyik. 2024-cü ildə 2,7 trilyon lirə kəsir var. O kəsiri necə maliyyələşdirəcəyik? Borcla. Borcla maliyyələşmə o deməkdir ki, bugünkü yüksək faiz dövründə ölkənin resursları investisiya və xidmətlər əvəzinə faizə xərclənir. Xərclədiyimiz pul atamızın pulu deyil, millətin puludur".

Aysun / Demedia.az