Təyyarə elektrik dirəyinə çırpıldı və yerə düşdü



 17:31 16.01.2024     305

Çilidə yanğını söndürmək üçün yola çıxan kiçik təyyarə, qanadlarından birinin elektrik dirəyinə dəyməsi nəticəsində alovlanıb və Talca Maule bölgəsinin cənubunda 5-ci yolda qəzaya uğrayıb.

Demedia.az xəbər verir ki, qanadı alovlar içində qalan yanğınsöndürmə təyyarəsi magistral yolda elektrik dirəklərindən birinə çırpılaraq yerə düşüb.

Təyyarənin pilotu qəzada həyatını itirib. Təyyarənin olduğu ərazidə 4 nəfər yaralanıb.

Aysun / Demedia.az