Güclü küləkdən qorunmaq üçün nələr etdi - ANBAAN VİDEO



 23:48 16.01.2024     707

Türkiyədə Ordunun Akkuş rayonunda güclü külək təsirli olub.

Demedia.az xəbər verir ki, külək səbəbindən səkidə gedərkən sürüklənən şəxs ağacdan yapışaraq ayaqda qalmağa çalışıb. Həmin anlar iş yerinin təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb.

Meteorologiya Ümumi Müdirliyinin günlər əvvəl etdiyi xəbərdarlıqların ardından Orduda güclü küləklər təsir etdi. Səhər saatlarından şəhər boyu başlayan külək bir çox rayonlarda da təsirli olub. Ordunun yüksək dağlıq rayonlarından biri olan Akkuşda saatda 45 kilometr sürətlə əsən külək həyata mənfi təsir edib. Güclü külək səkidəki vedrələri və paltar köşklərini uçurub. Səki ilə gedən şəxs küləyə tutulub və sürüklənib. Ağacdan yapışaraq ayaqda qalmağa çalışan şəxs küləyin sürətini azaltdığından yeriməyə davam edib. Həmin anlar iş yerinin təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb. Digər tərəfdən hadisə zamanı xəsarət alan olmasa da, küçədə olan bəzi avtomobillərə ziyan dəyib.

Aysun / Demedia.az