Lavrov ABŞ-ın Asiya ilə bağlı siyasətini tənqid etdi



 09:12 17.01.2024     333

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Asiya Sakit Okean regionunda NATO infrastrukturunu gücləndirməyə çalışdığını bildirib.

Demedia.az xəbər verir ki, Lavrov Moskvaya səfər edən Şimali Koreyanın xarici işlər naziri Ço Son-hui ilə görüşüb. Görüşün mətbuata açıq hissəsində çıxış edən Lavrov Koreya yarımadasında və ümumilikdə Şimal-Şərqi Asiyadakı problemlərin hərtərəfli və ədalətli həllinin tərəfdarı olduqlarını vurğulayıb. Lavrov bildirib ki, ABŞ-ın və regionda ABŞ-ın siyasətini tətbiq edən ölkələrin Şimali Koreyanın təhlükəsizliyinə təhdid yaratmaq siyasəti müsbət irəliləyişin qarşısını alır.

Şimali Koreyanın Ukrayna ilə bağlı Rusiyanı dəstəklədiyinə diqqət çəkən Lavrov beynəlxalq platformalarda Şimali Koreya ilə koordinasiyalı hərəkət etdiklərini bildirib.

Bahadur Seyidov