Çinin şimal-qərbində güclü qar fəsadlar törədib



 10:28 17.01.2024     326

Çinin şimal-qərbində güclü qar fəsadlar törədib.

Demedia.az xəbər verir ki, Sincan-Uyğur Muxtar Bölgəsində müxtəlif yerlərdə qar uçqunları baş verib. Sincan Uyğur Muxtar Bölgəsindəki turizm kurortunda qar uçqunu nəticəsində minə yaxın turist köməksiz qalıb. 200-dən çox insan qar təmizləyən maşınların yolları təmizlədikdən sonra xilas edilib.Hemu istirahət kəndinə gedən yolun bağlanması nəticəsində yerli əhali və mindən çox turist ərazidə qalıb.Xilasetmə və yardım işlərinə canlı qüvvənin cəlb edildiyi bildirilib.

Çinin yerli dairələri kəndə gedən yolun böyük hissəsinin təmizləndiyini bildirib. Qar təmizləmə işlərinin davam etdiyi qeyd edilib.

Bahadur Seyidov