İsrail Livana hücum etdi



 10:45 17.01.2024     434

İsrail ordusunun xüsusi təyinatlılarının Livanın cənubunda sərhəd bölgəsində yerləşən qəsəbəyə hücum təşkil etdiyi bildirilib.

Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib. Açıqlamada sərhədin düz yaxınlığında yerləşən Ayta əş-Şaab qəsəbəsinə hücum təşkil edildiyi qeyd edilib. Açıqlamada İsrail ordusunun xüsusi təyinatlılarının hücumu Livanın Ayta əş-Şaab qəsəbəsində təhlükəni aradan qaldırmaq üçün həyata keçirdiyi bildirilib.Həmçinin qeyd olunub ki, İsrailin döyüş təyyarələri Livanın Kefrkilla qəsəbəsində Hizbullanın tank əleyhinə raket buraxılış qurğusuna hava hücumu həyata keçirib.

Hizbullahın mətbuat katibi Rana Sahil isə açıqlamasında İsrail əsgərlərinin Livan ərazisinə daxil olmadığını bildirib.

Bahadur Seyidov