İsrail qüvvələri Qəzzada geri çəkildikləri əraziləri bombalayıb



 12:18 17.01.2024     481

İsrail qüvvələri Qəzza zolağının şimalında geri çəkildikləri ərazilərə yenidən daxil olaraq Fələstin müqavimət qrupları ilə toqquşmaya başlayıb.

Demedia.az xəbər verir ki, İsrail qüvvələri Cibaliya, Beyt Hanun, Beyt Lahiya və Qəzza şəhərlərində əvvəllər geri çəkildikləri bəzi ərazilərə yenidən daxil olublar. İsrail qüvvələri yenidən daxil olmamışdan əvvəl sözügedən əraziləri intensiv artilleriya və hava zərbələri ilə bombalayıb. Bombardmandan sonra çoxlu ölü və yaralının olduğu bildirilib. İsrailin müdafiə naziri Yoav Gallant açıqlamasında Qəzzanın şimalında quru əməliyyatlarının yekunlaşdığını açıqlamışdı.

Gallant Qəzza zolağının şimalında HƏMAS-ın bütün qüvvələrini ortadan qaldırıldığını iddia edərək, digər yaşayış məntəqələrinə köçdüklərini bildirib.

Bahadur Seyidov