Uşaqlarda enməmiş xaya necə olur? - Kriptorxizm - Video



 09:38 17.01.2024     527

Kriptorxizm nədir? Kriptorxizm termini enməmiş testis anlayışı ilə sinonim olub, xayanın xayalıqda olmadığı bütün hallar üçün istifadə edilir.

Kriptorxizmin hansı formaları rast gəlinir? Xayaların enmə prosesinin pozulmasından asılı olaraq kriptorxizm iki qrupa ayrılır: İki forması ayırd edilir: qarın boşluğunda yaxud qasıq kanalında qalması (xayanın enmə səviyyəsindən asılı olaraq); Xayanın ektopiyası – xayanın normal enmə traktından sapmasıdır. Bu zaman xaya tipik olmayan nahiyələrdə rast gəlinir: qasıq, bud, penianal bölgə. Həmçinin yalançı kriptorxizm və yaxud psevdokriptorzim də ayırd edilir ki, bu kremaster refleksinin artması nəticəsində yığılmış əzələ liflərinin xayanı yuxarıya dartmasıdır. Həqiqi kriptorxizmdən xayanın əllə xayalığa endirməyin mümkün olması ilə fərqlənir. Cərrahi əməliyyat gösrərişi xayanın ölcülərinin geri qalması, ağrılar və burulma ehtimalına görə edilir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az