Sinədə səpgilər, saç tökülməsi... / Aybaşı pozğunluğu - Video



 09:51 17.01.2024     555

Menstrual disfunksiyanın səbəbləri çoxdur. Üstəlik, qadında eyni vaxtda müxtəlif səviyyələrdə təsir göstərən, bir neçə səbəb aşkar etmək olar.

Onlardan ən çox rast gəlinənləri aşağıdakılardır: Hipofizin müxtəlif adenomaları, hansı ki, ya hormonal aktiv olur, ya da adenohipofizi sıxaraq onun atrofiyasına səbəb olur. İtsenko-Kuşinq xəstəliyi və sindromu. Beyində dofamin və noradrenalin sintezi və mübadiləsinə təsir edən preparatların qəbulu, hansı ki, hipotalamo-hipofizar sistemin disfunksiyasına səbəb olur. Onlara Rezerpin, neyroleptiklər, müxtəlif qruplardan olan antidepressantlar, Serukal, fenotiazin törəmələri və digər dərman preparatları aiddir. Böyrəküstü vəzlərin adenomaları və androgen və kortizol istehsal edən, digər şişlər. Böyrəküstü vəzin anadangəlmə hiperplaziyası nəticəsində yaranan, adrenogenital sindrom.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az