Gömrük qanunvericiliyində saxlanc: Gömrük anbarı və müvəqqəti saxlanc anbarları - Video



 09:59 17.01.2024     472

Müvəqqəti saxlanc və gömrük anbarları açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər. Açıq tipli anbarlardan istənilən şəxs istifadə edə bilər. Anbar sahibi gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənilməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin belə malların saxlandığı yerlərin açılmasını təmin etməlidir. Malları anbara yerləşdirən şəxslə anbar sahibinin münasibətləri mülki‑hüquqi müqavilə əsasında qurulur.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az