Acunun komandası İngiltərə kuboku ilə vidalaşdı
İngiltərə Kubokunun 3-cü turu çərçivəsində "Hall Siti" və "Birmingem" komandaları üz-üzə gəlib.
Demedia.az xəbər verir ki, Acun Ilıcalının komandası son dəqiqələrdə buraxılan qolla məğlub olaraq kubokdan kənarlaşdırılıb.
Birmingemə qələbə qazandıran qolları 66-cı dəqiqədə Cey Stansfild və 90+3 Koji Miyoşi vurub. "Hall Siti"nin yeganə qolunu 12-ci dəqiqədə Eyenqa Lokilo vurub. Ozan Tufanın oyuna daxil olduğu matçda məğlub olan "Hall Siti" bu nəticə ilə İngiltərə kuboku ilə vidalaşıb.
Aysun / Demedia.az