Türkiyə bölgədə yeni əməliyyata başladı
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya separatçı terror təşkilatı PKK-ya qarşı “Qəhrəmanlar-44” əməliyyatını açıqlayıb.
Demedia.az xəbər verir ki, Yerlikaya əməliyyat nəticəsində terrorçuların qış aylarında aksiya keçirmək üçün mağara və sığınacaqlarda gizlətdikləri silah-sursat və partlayıcı maddələrin ələ keçirilərək məhv edildiyini deyib.
“Qəhrəmanlar-44” əməliyyatının təfərrüatları açıqlanıb. 72 qrup və 981 jandarma personalı qatılıb.
Nazir bildirib ki, terrorla mübarizə son terrorçu zərərsizləşdirilənə qədər qətiyyətlə davam edəcək.
Aysun / Demedia.az