Pakistan İranın hücumuna etiraz etdi



 13:00 17.01.2024     268

Pakistan İranın ölkəyə hücumuna etiraz edib.

Demedia.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi açıqlama verib. Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanda terrorçu qruplaşmaya qarşı ilk raket zərbəsini endirib. “Tasnim” agentliyinin məlumatına görə, İran Pakistanda “Ceyş əl-Ədl”in iki qərargahına hücum edib.

Bu SEPAH-ın Pakistana ilk hücumudur.

Bahadur Seyidov