Suriya İdlinə hücum  etdi - Ölən var



 14:52 17.01.2024     238

Suriya ordusu İdlibin cənubundakı Ariha rayonuna qurudan silahlarla hücum edib.

Demedia.az xəbər verir ki, hücum Suriya ordusu və İranın dəstəklədiyi İdlibin Saraqib rayonunda yerləşən xarici terrorçu qruplar tərəfindən edilib. Hücumda 1 mülki şəxs ölüb, 8 mülki şəxs yaralanıb.

Qeyd edək ki, 2017-ci ildə keçirilən Astana görüşündə Türkiyə, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəliblər.

Dəməşq rəhbərliyi, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyib.

Türkiyə 2018-ci ilin sentyabrında atəşkəsi gücləndirmək üçün Rusiya ilə əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən güclənib. Türkiyə və Rusiyanın 5 mart 2020-ci ildə əldə etdiyi yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.

2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.

Bahadur Seyidov