Husilər İsrail limanlarına gedən gəmini vurublar



 18:00 17.01.2024     292

Husilər İsrail limanlarına gedən gəmini hədəf aldıqlarını açıqlayıblar.

Demedia.az xəbər verir ki, Yəməndəki husilər İsrail limanlarına gedən gəmini qanadlı raketlə hədəfə aldıqlarını və onu "dəqiq" vurduqlarını bildiriblər:

“Qəzza zolağında hücum və blokadaya məruz qalan Fələstin xalqının zülmünü dəstəkləmək üçün Yəmən Silahlı Qüvvələrinin (husilər) dəniz qüvvələri işğal altındakı Fələstin tərəfinə üzən “Zografia” gəmisinə qarşı əməliyyat keçirib", - deyə məlumatda qeyd olunub.

Bahadur Seyidov