Metroda ağlayan körpəni klarnetlə sakitləşdirdilər



 22:05 17.01.2024     724

Bursada küçə musiqiçiləri metroda ağlayan körpəni klarnetdə layla çalaraq sakitləşdiriblər.

Demedia.az xəbər verir ki, Kestel-Uludağ Universiteti xəttində anası ilə uşaq arabasında səyahət edən körpə ağlamağa başlayıb.

Körpəni sakitləşdirməyə çalışan ananın köməyinə metroda klarnet çalan və vətəndaşları yolda müşayiət edən küçə musiqiçiləri gəlib. Musiqiçilər klarnetdə layla çalaraq körpəni sakitləşdirib yuxuya getdilər.

Körpənin anası həmin anları mobil telefonu ilə lentə alıb.

Aysun / Demedia.az