Evlilik günü ölkədən qovdular - İNANILMAZ HADİSƏ



 22:36 17.01.2024     546

Alman qadınla evlənmək ərəfəsində Avstriyadan qaçqın kimi qovulan Həmzə Türkiyəyə gəlib.

Demedia.az xəbər verir ki, Həmzənin vəkili qeyd edib ki, gəncin həyat yoldaşına qovuşmasının yeganə yolu var.

Avstriyada yaşayan 27 yaşlı Həmzə adlı türk gənc 40 yaşlı alman nişanlısı Gündülə evlənmək istəyib. Almaniya polisi toy zamanı toya basqın edib və Həmzənin qaçaq olduğunu bildirərək gənci saxlayıb. Saxlanılan Həmzə qısa müddətdə ölkədən deportasiya edilib. Dünən axşam yerli vaxtla saat 19:10-da Türkiyəyə yola salınan Həmzə fərari olduğu üçün İnməz hərbi xidmət şöbəsinə aparılıb. Həmzənin həbsindən sonra gecəni xəstəxanada keçirən Gündülə "Evlənməyə haqqım var" deyə qışqırıb.

Aysun / Demedia.az