Pakistan İranın hücumundan sonra səfiri geri çağırdı



 17:33 17.01.2024     372

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç İranın heç bir səbəb olmadan Pakistanın suverenliyini pozmasından sonra Tehrandakı səfiri geri çağırdıqlarını və bütün yüksək səviyyəli səfərlərin ləğv edildiyini bildirib.

Demedia.az xəbər verir ki, sözçüsü Bəluç paytaxt İslamabadda verdiyi açıqlamada dünən gecə İran tərəfindən Pakistanın suverenliyinin əsassız və açıq şəkildə pozulmasının beynəlxalq hüququn, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinin pozulması olduğunu bildirib.

Heç bir şəkildə bunun qəbuledilməz olduğuna və heç bir əsası olmadığına işarə edilib. Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır. Nəticələrə görə məsuliyyət birbaşa İrana aid olacaq.

Aysun / Demedia.az