Heç kim necə baş verdiyini başa düşmədi - VİDEO



 23:09 17.01.2024     440

Antalyanın Manavqat rayonunda avtomobil yoldan çıxaraq gölə düşüb.

Demedia.az xəbər verir ki, sürücünün köməyinə tələsən vətəndaş maraqlı qəzanın necə baş verdiyini izah edib.

Hadisə Sorğun rayonu 8522 küçəsində baş verib. Daxil olan məlumata görə, sürücünün sükanı itirməsi nəticəsində Hakan Alagözoğlunun idarə etdiyi 07 SAY 87 dövlət nömrə nişanlı avtomobil kanala uçaraq gölə batıb.

Hadisəyə səbəb it olub. Belə ki, maşını idarə edən dostu dedi ki, yanında olan itinin qəfil hürməsi ilə diqqəti dağılıb, sükanı itirib.

Aysun / Demedia.az