Türkiyə Kubokunda növbəti oyunlar keçirildi



 17:46 17.01.2024     181

Ziraat Türkiyə Kubokunun 5-ci turu çərçivəsində Antalyaspor-Pendikspor və RAMS Başakşehir-Bolu matçları keçirilib.

Demedia.az xəbər verir ki, “Antalyaspor” və “RAMS Başakşehir” rəqiblərini keçərək son 16 tura yüksəlib.

Ziraat Türkiyə Kubokunun 5-ci turunda “Antalyaspor” öz meydanında “Pendikspor”u 2:1 hesabı ilə məğlub edərək, son 16 tura yüksəlib. Ufuk Akyol və Van de Strikin vurduğu qollarla qarşılaşmada qalib gələn Antalyaspor növbəti mərhələyə adlamağı bacarıb.

Ziraat Türkiyə Kubokunun 5-ci turunda "Başakşəhər" "Boluspor"u 1:0 hesabı ilə məğlub edərək son 16 tura yüksəlib. Matçda İstanbul təmsilçisinin yeganə qolunu Keni vurub. Matçın 85-ci dəqiqəsində Mahmut Tekdemirin yerinə oyuna daxil olan narıncı-göylü komandanın yeni transferi braziliyalı futbolçu Josef de Souza ilk matçına Başakşehir forması ilə çıxıb.

Aysun / Demedia.az