Dünyanın ən güclü və zəif orduya malik ölkələri açıqlanıb



 11:01 18.01.2024     308

Dünyanın ən güclü orduları Amerika Birləşmiş Ştatları, Rusiya və Çinə məxsusdur.

Demedia.az xəbər verir ki, bu barədə “GlobalFirepower” portalı məlumat yayıb.

Bildirilib ki,  Hindistan və Cənubi Koreya da müvafiq olaraq dördüncü və beşinci yerləri tutaraq ilk beşliyə daxil olublar. Yaponiya yeddinci, Fransa 11-ci yerdədir.  İsrail, Ukrayna və Almaniya 17, 18 və 19-cu pillələrdə qərarlaşıb.

Cənubi Qafqazda Azərbaycan 59, Gürcüstan 84-cü yerdə, Ermənistan 102-ci pillədə qərarlaşıb.

 Ümumilikdə, siyahıda 145 ölkənin adı var.  145-ci yerdə Butan dayanıb.

Qeyd edək ki, bu reytinq tərtib edilərkən 60-dan çox amil, o cümlədən hərbi hissələrin sayı, maliyyə və maddi-texniki təchizat imkanları və bir sıra digər aspektlər nəzərə alınır.

Bahadur Seyidov