Kanadadan qadağa: Bu ölkələrin alimlərinə qadağa qoydu



 12:39 18.01.2024     291

Kanada milli təhlükəsizliyi təmin etmək üçün bəzi Çin, Rusiya və İran universitetlərində alimlərin müdafiə və təhlükəsizlik layihələrinin maliyyələşdirilməsini qadağan edib.

Demedia.az xəbər verir ki, xüsusilə robototexnika, kvant kompüterləri, müasir silahların inkişafı, aerokosmik tədqiqatlar və tibb kimi həssas texnologiyaların intensiv olduğu sahələrdə tədqiqatların aparılması qadağan edilən təhsil müəssisələrinin siyahısına əsasən Çin universitetləri daxildir.

Siyahıya Rusiyadan Aleksandr Harkeviç adına İnformasiya Ötürmə Problemləri İnstitutu və “Kompüter Sistemləri Dizaynerlərinin Peşəkar Assosiasiyası” adlı avtonom qeyri-kommersiya təşkilatı daxil edilib.

Bahadur Seyidov