Neft dünyada ucuzlaşır - SƏBƏB



 14:20 18.01.2024     316

Neftin qiyməti dolların möhkəmlənməsi, geosiyasi risklər və Çindən gələn məlumatlar səbəbindən azalıb.

Demedia.az xəbər verir ki, ABŞ və Avropanın mərkəzi banklarının erkən faiz endirimi gözləntilərinə mənfi reaksiya verməsi nəticəsində dollar indeksi möhkəmlənib, neft qiymətləri ucuzlaşıb.

Brent markalı neft 2 faizə yaxın ucuzlaşaraq 76,75 dollar olub. Xam neft 2 faizdən çox itki ilə 71 dollara düşüb.

Qırmızı dənizdə yaranan gərginlik gəmiləri təhdid edir. Belə ki, bir çox şirkət Qırmızı dənizdən neft daşınmasını  dayandırıb. Onlardan biri də Neft nəhəngi “Shell”dir.  

Ekspertlərin fikrincə, indiyədək Yaxın Şərqdə yaşanan böhran hasilata birbaşa təsir göstərmədiyi üçün neft qiymətlərində sərt reaksiyalara səbəb olmayıb. OPEC-in məlumatına görə, dekabrda neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 0,41 milyon barel azalaraq 100,9 milyon barrelə çatıb.

Bahadur Seyidov