Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi dəniz təlimi keçirib



 15:02 18.01.2024     319

Cənubi Koreya, ABŞ və Yaponiya Koreya yarımadasının cənubunda birgə hərbi dəniz təlimi keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahından açıqlama verilib. Bildirilib ki, ABŞ və Yaponiya ilə Ceju adasının yaxınlığında keçirilən birgə dəniz təliminə “USS Carl Vinson” təyyarədaşıyan gəmisi də daxil olmaqla üç ölkəyə aid 9 döyüş gəmisi cəlb edilib. O bildirib ki, təlimlərin məqsədi iştirakçı ölkələrin Şimali Koreyanın nüvə, raket və dəniz təhdidlərinə qarşı çəkindirmə və cavab qabiliyyətini gücləndirməkdir.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl hipersəs döyüş başlığına orta mənzilli ballistik raketin uçuş sınağını keçirdiyini açıqlayıb.

Bahadur Seyidov