Avropa İttifaqından birlik çağırışı



 14:40 18.01.2024     313

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Macarıstanın təxminən 20 milyard avro vəsaitinin dondurulduğunu xatırladaraq bildirib ki,  bütün lazımi şərtlər yerinə yetirilənə qədər vəsait blokdan qaldırılmayacaq.

Demedia.az xəbər verir ki, Von der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin Baş Assambleyasının sessiyasında çıxışında belə deyib. Von der Leyen çıxışında digər məsələlərə də toxunaraq deyib ki, AB-nin üzləşdiyi çətinliklər ancaq üzv dövlətlərin birlikdə hərəkət etməsi ilə aradan qaldırıla bilər.

Von der Leyen Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarına başlamaq qərarının verildiyini xatırladıb və bildirib ki, Ukrayna xalqı bu məqsədə çatmaq üçün təkcə döyüş meydanında deyil, həm də demokratik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində intensiv səylər göstərir.

Bahadur Seyidov