“Apple” dünyanın ən dəyərli markası oldu



 16:03 18.01.2024     449

Beynəlxalq brend qiymətləndirmə təşkilatı “Brand Finance” tərəfindən hazırlanan "Global500 - Dünyanın 500 Ən Dəyərli Brendləri 2024" araşdırması yekunlaşıb.

Demedia.az xəbər verir ki, “Brand Finance”ın araşdırmasında keçən il taxtını Amazona verən “Apple” bu il 516,6 milyard dollarlıq marka dəyəri ilə yenidən birinci yerə yüksəlib. Dəyərini keçən illə müqayisədə 74 faiz artıraraq 516,6 milyard dollara çatdıran “Apple”, "dünyanın ən dəyərli markası" olub. “Apple” ən yaxın izləyicisini 176,2 milyard dollar üstələyib. 2021 və 2022-ci illərdə siyahıda birinci olan “Apple”, ötən il liderliyini Amazona vermişdi.

“Apple”ı təxminən 340,4 milyard dollar brend dəyəri ilə “Microsoft” və 333,4 milyard dollarla “Google” təqib edib. Sözügedən siyahıda Amazon 308,9 milyard dollarla 4-cü yeri tutub.

Bahadur Seyidov