Serbiyada etiraz aksiyaları keçirilib



 16:42 18.01.2024     510

Serbiyada yüzlərlə insan 2023-cü ildə keçirilən növbədənkənar parlament və bələdiyyə seçkilərinin nəticələrinə etiraz etmək üçün yenidən toplaşıb.

Demedia.az xəbər verir ki, nümayişlər müxalif “Serbiya zorakılığa qarşı” ittifaqının seçkilərində qanunsuzluqlar olduğunu iddia etməsindən sonra yenidən təşkil olunmağa başlayıb. Paytaxt Belqradda Serbiya Dövlət Seçki Komissiyasının binası önünə toplaşan yüzlərlə nümayişçi Müqəddəs Mark kilsəsinə doğru yürüş edib. Müxalifətin əsas siması Marinika Tepiç seçkilərin yenidən yeni şərtlərlə keçirilməsini istəyib.

Qeyd edək ki, müxalifət bildirib ki, Bosniya və Herseqovinanın iki qurumundan biri olan Srpska Respublikasından yüzlərlə insan səs vermək üçün avtobuslarla Belqrada gətirilib.

Bahadur Seyidov