1 qaşıq soda görün hansı xəstəlikləri sağaldır - Həkimlər niyə demir? - Video



 09:39 18.01.2024     604

Çay sodası adlandırdığımız natrium hidrokarbonatdan (NaHCO3) məişətdə geniş istifadə olunur.

Daha çox şirniyyat məmulatlarının hazırlanmasında istifadə edilən sodanın tibbi-müalicəvi xüsusiyyətləri çoxdur. Məsələn boğaz ağrısını azaldır. Bu üsul qədim zamanlardan məlumdur. Yəqin ki, ən kiçik qıcıqlanmada ananızın və ya nənənizin sizi isti soda məhlulu ilə qarqara etməyə göndərdiyini xatırlayırsınız. Sodanın antibakterial xüsusiyyətlərinə görə, bu üsul, həqiqətən, ağrıları azaltmağa kömək edir. Ancaq bilməlisiniz ki, angina zamanı soda kömək etməyəcək. Öskürək. Soda ilə inqalyasiya bəlğəmin çıxarılmasına, boğazın yumşaldılmasına kömək edir. O da məlumdur ki, öskürək zamanı bir çimdik soda qatılmış ilıq süd içməyə dəyər. Mədədə yanma hissi. Xoşagəlməz yanma hissi baş verən anda əlinizin altında dərman yoxdursa, qida sodası kömək edəcəkdir. Qələvi turşunu tez neytrallaşdıracaq və rahatlıq gətirəcək. Bunun üçün: ½ çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və kiçik qurtumlarla için. 

Sümük və əzələ hərəkətlərində əhəmiyyətli olan turşu miqdarından artıq yığılanda ödəm əmələ gəlir. Bu ödəm faydalı olan turşunu zərərli hala gətirir. Sodalı su bu balansı düzəldərək hüceyrələrin deformasiyasının qarşısını alır. Xərçəngin yaranmasını əngəlləyir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az