Pakistan İranın bu bölgəsinə hücum etdi



 10:15 18.01.2024     210

İran Ceyş əl-Ədl yaraqlı qruplaşmasının bazalarını hədəfə aldıqdan və 2 uşağı öldürdükdən sonra Pakistandan cavab hücumu olub.

Demedia.az xəbər verir ki,  İranın Sistan-Bəlucistan bölgəsində "terror hədəfləri"nə edilən hücumda 3 qadın və 4 uşaq həyatını itirib.

Pakistan İranın Sistan-Bəlucistan bölgəsində "terror hədəfləri"nə hücum təşkil etdiyini açıqlayıb. İran administrasiyasından verilən açıqlamada Seravan şəhərinə edilən hücumlarda 3 qadın və 4 uşağın həyatını itirdiyi bildirilib.Qadın və uşaqların həyatını itirdiyi hücumdan sonra açıqlama verən Pakistan rəhbərliyi bildirib ki, xalqının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməyə davam edəcəyini və "qardaş ölkə İran"ın suverenliyinə hörmət etdiyini bildirib.

Aysun / Demedia.az