"Fənərbaxça"dan möhtəşəm qalibiyyət



 10:30 18.01.2024     292

Ziraat Türkiyə Kubokunun 5-ci turunda "Fənərbaxça" "Adanaspor"u qəbul edib.

Demedia.az xəbər verir ki, Ülker Stadionunda oynanan qarşılaşmada sarı-göylülər qalib gəlib.

Matçın 29-cu dəqiqəsində uzun müddətdən sonra zədədən qayıdan Linkoln Henrique möhtəşəm qola imza atıb və "Fənərbaxça" 1-0 önə keçib. Tempini heç aşağı salmayan ulduz futbolçu Michy Batshuayi 4 qol atıb. Matçın 81-ci dəqiqəsində Mert Hakan Yandaş qapanış qolunu vurub və 6-0lıq qalibiyyətlə növbəti tura yüksəliblər.

Aysun / Demedia.az