Fatih Terim yenidən gündəmdə
Yunanıstan Kubokunun son 16 turunda "Olympiakos"u penaltilərlə 7-6 məğlub edən "Panatinaikos"un baş məşqçisi Fatih Terim Bakasetaş transferi ilə bağlı açıqlama verib.
Demedia.az xəbər verir ki,Fatih Terim açıqlamasında deyib:
"Bakasetaş yaxşı və önəmli oyunçudur. Ümid edirəm ki, bizdə oynayacaq".
Qarşılaşma haqqında danışan Terim bildirib ki, fərqli mövqelərdə bəzi futbolçular yerləşdirdik, amma meydanda yaxşı oyun nümayiş etdirdik: "Futbolçularımı təbrik edirəm və azarkeşlərimizə qələbə qazandırdığımız üçün xoşbəxtəm. Komandaya böyük hörmətim var. Oyunçularım meydanda döyüşdülər, çox səy göstərdilər".
Aysun / Demedia.az