Tailandda dəhşətli hadisə: Ölənlərin sayı 23-ə çatıb



 15:40 18.01.2024     309

Tailandda fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı 23-ə çatıb.

Demedia.az xəbər verir ki,Taylandın Suphan Buri əyalətindəki fabrikdə yerli vaxtla saat 15.40 radələrində partlayış baş verib.

Səlahiyyətlilərin verdiyi açıqlamada fabrikdə olan 30 nəfərdən 23-nün öldüyü, 6 nəfərin isə yaralandığı bildirilib. Partlayışdan sonra səmanı tüstü buludu bürüyüb.

Şiddətli partlayış bölgədə geniş bir ərazidə hiss olunarkən, partlayışdan sonra başlayan yanğına ilk müdaxiləni ətrafdakı işçilərin etdiyi və fabrikin yararsız hala düşdüyü öyrənilib. Partlayışın ardından meydana gələn yanğını hadisə yerinə qısa müddətdə nəzarət altına aldı. Yaralılar sağlamlıq qrupları tərəfindən bölgədəki xəstəxanalara aparılıb. Partlayışın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az